Maduronun yenidən prezident seçildiyi Venesuelada hökumət seçkilərlə bağlı açıqlamalarına görə 7 Latın Amerikası ölkəsindən diplomatik heyətini geri çağırmağı tələb edib.
Yenicag.az xəbər verir ki, Venesuela hökumətindən yaydığı açıqlamada Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvayın iyulun 28-də ölkədə keçirilən prezident seçkiləri ilə bağlı ölkənin daxili işlərinə müdaxiləyə bərabər ifadələr işlətdiyi bildirilib və bu ölkələrin Venesueladakı diplomatik nümayəndələrinin dərhal geri çəkilməsini tələb edilib.
Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvay Venesueladakı seçkilərlə bağlı bəyanatlarında prezident seçkiləri ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Bu ölkələr Venesueladakı seçkilərin nəticələrini tam şəkildə nəzərdən keçirmək üçün Amerika Dövlətləri Təşkilatının (OAS) “təcili” iclasını çağırmışdılar.
Qeyd edək ki, Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro 51,20 faizlə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.
İsmayıl Bakuvi
www.yenicag.az