Maduronun üzərində qara buludlar - TRAMPIN NÖVBƏTİ ADDIMI NƏ OLACAQ?
“Venesuelanı Tramp ələ keçirsə, çox böyük qələbə qazanmış olar”.
Bu sözləri ABŞ-nin Venesuelaya hücum ehtimalı, Venesuelanın Rusiyadan kömək istəməsi və gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Venesuela ətrafında vəziyyət son dərəcə gərgindir:
“Trampdan əvvəl Barak Obamanın dövründə də, Venesueladakı prezident seçkilərindən sonra ABŞ seçkilərin saxtalaşdırılması ilə bağlı ultimatum vermişdi, hətta Venesuela sahillərinə ABŞ donanması göndərilmişdi. Bir müddət ABŞ donanması gözlədi, ancaq Maduronun devrilməsi üçün hərəkətə keçmədilər. İndi də, Tramp belə hesab edir ki, Maduro yenə prezident seçkilərini saxtalaşdıraraq prezident olub. ABŞ belə hesab edir ki, Maduro həm də narkotik karterlərinə himayəçilik göstərir. Narkotik maddələrin ABŞ-yə axmasına yardım edir. Digər tərəfdən isə insan hüquqlarını pozur. Ona görə də, Maduronu devirmək istəmir. Tramp müxalifətə dəstək verəcəyini də demir. Açıq şəkildə Maduronu aradan götürəcəyini bildirir”.
Politoloq Trampın sözlərini o qədər də ciddi qarşılamadığını bildirib:
“Venesuela sahillərinə bir neçə gəmi göndərib. Ancaq onlarla Maduronu devirmək mümkün görünmür. Bir sözlə Venesuela Rusiyadan dəstək istəyir. Vəziyyət çox qeyri-müəyyən, kifayət qədər aktual olaraq alır. Venesuelanı Tramp ələ keçirsə, çox böyük qələbə qazanmış olar. Ancaq bunun bütün əlamətləri görünmür”.
Səxavət Məmməd












