Şamaxıda əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdən “Kalaşnikov” avtomatı götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Kafi şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində daşıdığı çantadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
C.Kafi ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, saxlanılan şəxs vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb.
www.yenicag.az