Mağazadan oğurluq edən şəxs saxlanıldı

media-hightechnic-468x90

qandal-saxlamaXaçmaz rayonunda oğurluq faktının üstü açılıb.

Xudat şəhəri, Müqtədir qəsəbə sakini Tuygünxanım Mirzəbəyovaya məxsus mağazadan 2000 manat nəğd pul, 500 manat dəyərində danışıq kartı və 172 manatlıq ərzaq məhsullarını oğurlayan şəxs saxlanılıb.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Müqtədir qəsəbə sakini Ramiz Manafov istintaqa cəlb olunub.

Onun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600