!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mağazaların piştaxtalarında əvvəlki qiymətləri görməyəcəyik" - Çörəyi bahalaşdıran SƏBƏBLƏR / ŞƏRH

“Çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri çörəyin qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, insanlarımız çox çörək yeyən olduğu üçün çörəyin qiymətinə həssas olduğu ilə bağlı fikirə tez-tez rast gəlinir. Halbuki bizdə kasıblıq daima problem olduğu üçün çörəyə qarşı həssasıq:

“Çörək daha çox yoxsulların qida rasionunda üstünlük paya malikdir. Kalorili, çeşidli qidalar yemək imkanına sahib ev təsərrüfatlarında istehlak strukturu fərqlidir. Bundan sonra taxıl ucuzlaşsa da, mağazaların piştaxtalarında əvvəlki qiymətə çörək görməyəcəyik. Əvvəla ona görə ki, iqtisadiyyat rəqabətli deyil. Digər vacib səbəb odur ki, uzun bir dövr ərzində çörək sənayesində un istisna, digər xərclər (işçi qüvvəsi, elektrik, çatdırma, cari təmir və bərpa, zəruri avadanlıqların alınması və onlara cari qulluq və s) xeyli artsa da, bu seqmentdə qiymətlər dəyişməmişdi. Bu dəfə isə taxılın qiyməti əslində bahalaşma üçün bir fürsət oldu”.

Rövşən Ağayev bildirib ki, hökumət noyabrın sonu üçün 15%-lik qida inflyasiyası qeydə alsa da, 2022-ci ildə daha yüksək olmaq ehtimalı var:

“Bu ehtimalı gücləndirən bir neçə amil var. İlk növbədə, idxaldan yüksək asılılığımız var və qlobal inflyasiyanın 2022-ci ildə də problem olacağı görünür.

İkincisi, rəsmi statistikaya görə, 2021-ci ilin noyabrında Azərbaycanda qida istehsalçılarının qiymət indeksi istehlakçı qida qiymət indeksindən daha yüksək olub. İstehsalçılardan yeni qiymətlə məhsul aldıqca, piştaxtalarda da durum dəyişir. Ona görə də biz daha yüksək qida istehsalçılarının qiymət indeksinin təsirlərini bu aylarda hiss edəcəyik.

Üçüncü vacib məqam isə, çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək”.

Gülşən Şərif

www.yenicag.az

205
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100