!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

!Reklam – Yazi

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı iyunun 21-i saat 23:59-dək uzadılır.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq edə bilərlər.

Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” elektron məlumat bazasına daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.

Xatırladaq ki, 18 iyun saat 16:00-a olan məlumata əsasən, 10 869 bakalavr (Azərbaycan bölməsi üzrə 10 073, rus bölməsi üzrə 796) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 21 iyun saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaq.

COP29

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv