!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Mahir oyundan sonra ağlayırdı" - Qurban Qurbanov

!Reklam – Yazi

UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan – Malta matçından sonra yığmamızın baş məşqçisi 1:1 hesablı heç-heçəni şərh edib.

Yenicag.az xəbər verir ki, mətbuat konfransınan qatılan təcrübəli mütəxəssis xal itkisindən danışıb:

“Qalib gələ bilməsək də, futbolçularıma təşəkkür edirəm. Onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacağdım. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdur. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə, qol çatmadı”.

– Kamran Ağayev həm Farerdə, həm də Maltayla görüşdə səhvlərlə seçildi. Kamran həqiqətənmi kapitanlığa layiqdi? Elə Mahir Mədətovun meydanda olması səbəbi də maraqlıdı…
– Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun keçirən futbolçulardan biridi. Farerlə də, Malta ilə də bəzi səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçulardan biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu uşaqlara güvənmək lazımdı. Bu futbolçuları qazanmaq lazımdı. İnanın mənə ki, hər biri həddən artıq məsuliyyətlidirlər. Bəlkə də bu məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə götürməyə hazıram”.

– Qarşıdakı oyunlarda qrup qalibi olmaq şansımız nə qədərdi?
– Mən bu komandaya inanıram. Bu gün desək ki,biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdur. Bu qrupda yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan oyuna da daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün çıxacağıq.

– Matçın sonunda azarkeşlər millini fitə basdı.
– Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləmə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar.

– Sosial şəbəkələrdə “Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır.
– “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Peşəkar futbola “Neftçi”də başlamışam. İnanmıram ki, “Neftçi” azarkeşləri belə bir fikir söyləyə. Milliyə cəlb etdiyim “Neftçi”nin futbolçuları Premyer Liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans tanıyıram.

www.yenicag.az

8718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv