!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mahnıları əlində qalan Cavanşir Quliyev, “Balta, mişar məndədir” deyən Baləli - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Xalq artisti, bir çox məşhur hitlərin müəllifi, tanınmış bəstəkar Cavanşir Quliyevin “Hazırda evdə 30-40-a yaxın hazır mahnım var, kimsə maraqlanmır. Keçmişdə belə şey olardı? Mürəkkəbi qurumamış aparırdılar ki, efirə getsin. İndi maraqlanan yoxdur, istəmirlər” açıqlamasını oxudum.

Bu sözləri bir çox məşhur müğənniləri – onların əksəriyyəti indi Xalq artistləridir – müğənni edən, populyarlaşdırıb, ortalığa çıxaran bir bəstəkarın dilindən bu sözləri eşitmək təəssüf hissi doğurur.
Bu, həm də musiqi sahəsində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Düz deyir, əvvəllər müğənnilər mürəkkəbi qurumamış mahnını aparırdılar ki, efirə getsin, o mahnı ilə şan-şöhrət qazansın. Daha sonra da o şan-şöhrət ona pul qazandırsın. Əvvəllər müğənniləri müğənni edən də elə o mahnılar idi. O bəstəkarların hesabına müğənni olurdular. İndi zəmanə dəyişib. Yeni trendlər dəbə düşüb. Kimin nəyinə lazımdır pul xərcləib, məşhur bəstəkarlardan mahnı alsın. Elə özü yazır, özü bəstələir, özü də oxuyur. Necə deyərlər, üçü birində…

Nəticə də göz qabağındadır. Belə mahnılar bir gecənin içində, öz təbirincə desəm, trendə düşür, milyonlarla izləyici yığır. Sosial şəbəkələrdə məşhurlaşan o müğənnilər sonradan efirlərə ayaq açır, meydan sualayır. Nəticədə də sənətkarlar bir küncə sıxışdırılır.
Dərd burasındadır ki, telekanallar o müğənniləri sənətkar səviyyəsinə qaldırır. Verilişlərdə yuxarı başa keçrir. Hər gün efirlərdə səsləndirilən o bayağı mahnılar nəinki musiqimizə, həm də mədəniyyətimizə böyük zərbə vurur.
Zövqlər korlanır. Biz Cahangir Cahangirov, Səid Rüstəmov, Cavanşir Quliyev, Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mirişli və digər peşəkar bəstəkarların mahnıları ilə böyüdük, tərbiyələndik və zövqə sahib odduq. Bəs indi yetişən nəsil on il, iyirmi il sonra hansı bəstəkarların adını çəkib, öyünəcəklər? Musiqimiz, mədəniyyətimiz göz önündə məhv olub gedir, amma cınqırını da çıxaran yoxdur. Söz də düşəndə deyirlər, bu mahnılara tələbat var. Əlbəttə, tamaşaçıya nə versən, onu da “yeyəcək”. Keyfiyyətli musiqilər təbliğ olunmalıdır ki, tamaşaçı da baxıb zövq ala bilsin. Nə vaxta qədər “çıkada, çukkada” mahnıların ritminə əl-qolumuzu tərpədəcəyik? Başımızı tərpədib, bəh-bəh demək üçün zövqlü musiqilər təbliğ olunmalıdır. Telekanallar o müğənnicikləri ulduz etməsə, i zaman Cavanşir Quliyev kimi məşhur bəstəkarların da mahnıları arxivdə yatıb qalmayacaq.

COP29

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv