!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mahnıların psixologiyamıza TƏSİRİ: "Kriminal aləmin üzvü olmağa təşviq edən..." - ŞƏRH

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib.

Aydın məsələdir ki, dinlədiyimiz hər məlumat, musiqi və cümlə bizim şüüraltımıza təsir edir.

Bəs musiqilər insanları zərərli vərdişlərə necə təşviq edir? Ümumiyyətlə, dinlədiyimiz mahnılar psixologiyamızda necə formalaşır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, nəinki musiqi, ətrafımızdakı hər şeyin psixoloji təsirləri var:

“Duyduğumuz, gördüyümüz, qoxladığımız və eşitdiyimiz hər şey bizim psixologiyamıza istər müsbət, istərsə də mənfi təsir edir. Musiqilər isə psixohəssas insanlara daha çox təsir edir.

Bundan əlavə, idarə edilməyə meyilli insanlar mahnı sözlərinin dərhal təsirinə düşür. Necə ki, muğam sədaları altında dərin hisslərə qapılırıq, digər növ musiqilər də bizdə aqressiya, ruh düşkünlüyü və s. emosiyalar yarada bilər. Əgər bir musiqidə narkotikanın həzz verməsinə dair cümlələr varsa, bu insanları zərərli maddələrə sövq edə bilər.

Eyni zamanda cinayətkar aləmlərə həsr edilmiş mahnılar var. Həmin mahnıları dinləyən bəzi şəxslər kriminal qrupların bir üzvü olmaq istəyə bilər. Musiqilərin yaxşı və pis tərəfləri var. Bu danılmaz bir faktdır”.

Şahanə Paşa

COP29

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv