!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Makqreqordan 40-cı saniyədə nokaut - VİDEO

!Reklam – Yazi
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqorla ikiqat UFC çempionu, amerikalı Donald Serron arasında döyüş baş tutub.
Yenicag.az xəbər verir ki, titul döyüşü olmayan UFC-246 turniri ABŞ-ın Las-Veqas şəhərində keçirilib.
Görüş 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb. İrlandiyalı döyüşçü Konor Makqreqora məğlub olan “Kovboy” ləqəbli Donald Sirouni rinqdən xəstəxanaya aparılıb. Hələlik amerikalı döyüşçünün vəziyyəti barədə ətraflı məlumat verilmir. Bu səbəbdən o, döyüşdən sonra keçirilən mətbuat konfransında iştirak etməyib.
Qeyd edək ki, Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondu. 31 yaşlı idmançı bütün karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.
Qaydasız döyüş üzrə veteran olan Serron isə karyerası boyu 51 dəfə vuruşub, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.

www.yenicag.az

825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv