!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron hakimiyyətinin Yay Olimpiya oyunları BİABIRÇILIĞI: Miqrantlar etirazlara qalxdılar

!Reklam – Yazi

“Makron hakimiyyəti ancaq Fransadan min kilometrlərlə uzaqda yerləşən ada xalqlarını köləlikdə saxlamaqda, müstəqil dövlətlərin daxili işlərinə qarışmaqda, yeni gərginlik ocaqları yaratmaqda ad qazanıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransada keçirilən 2024 Olimpiya oyunlarında idmançıların yerləşmə yerlərindən narazılığı haqda danışan VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Fransa özünü böyük güclü ölkə olduğunu bildirsə də, 2024-cü il Yay Olimpiya oyunlarının keçirilməsinin təşkilatçılığının aşağı səviyyədə olması ilə yadda qalır:

“Belə ki, idmançılar sosial şəbəkələrdə yerləşdirilmə yerlərindən, göstərilən xidmətlərdən və yaradılmış şəraitdən narazılığını bildirirlər. O cümlədən, Olimpiya oyunları ərəfəsində miqrantları Parisdən çıxartmış, onların hüquqları tapdalanmışdır. Belə ki, müəyyən sığınacaqlarda yerləşdirilmiş miqrantlar da küçələrə atıldığından hakimiyyətə qarşı etiraz aksiyaları keçirir. Makron hakimiyyəti ancaq Fransadan min kilometrlərlə uzaqda yerləşən ada xalqlarını köləlikdə saxlamaqda, müstəqil dövlətlərin daxili işlərinə qarşımaqda, yeni gərginlik ocaqları yaratmaqda ad qazanmışdır. Amma ümumi həmrəylik yaradan idman tədbirlərin keçirilməsində acizlik nümayiş etdirir. Bu, həm də Makron hakimiyyətinin nəyə qadir olduğunun əsl simasını açır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv