Makronda Baydenləşmə gedir: Fransa Prezidentindən Azərbaycanla bağlı suala absurd cavab - VİDEO

media-hightechnic-468x90

Azərbaycanlı jurnalistlərin sualı Fransa prezidenti Emmanuel Makronun çıxışını alt-üst edib.

Yenicag.az xəbər verir ki, jurnalistlər Makrondan Fransanın Ermənistanı silahla təmin etməyə davam etməsinin məqsədini soruşduqda, fransız “lideri” məşhur “sülh istəyirsənsə, müharibəyə hazırlaş” ifadəsinə mənaca oxşar cavab verib. Maraqlıdır, Azərbaycandan başqa regionda sülhü kim istəyir?

Sonra Makron Bakını 2020-ci ildə sözün əsl mənasında “dəhşətli müharibəyə” başlamaqda ittiham etməyə başladı. Makronun çıxışı zamanı kimsə dedi: “Axı Azərbaycan öz suveren ərazisini azad edirdi”. Görünür, çaşqınlıq içində olan Emmanuel Makron unudub ki, Fransa BMT qətnamələrinə səs verənlər arasındadır və bu qətnamələrdə qeyd olunur ki, istənilən ölkə öz suveren ərazisini müdafiə edə bilər./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa