Makronun siyasi reputasiyası ÇÖKÜR: Marleksin gizli ölümü nədən XƏBƏR VERİR?

media-hightechnic-468x90

“Son illərdə Fransa siyasətində müşahidə olunan bir sıra hadisələr bu ölkənin liberal-demokratik modelinin dərin institusional və sosial sarsıntılarla üz-üzə olduğunu göstərməkdədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi son günlər Fransadakı Makron hökumətinin müxalifətə qarşı başlatdığı siyasi repressiya və ölkə başçısının reytinqinin kəskin düşməsi faktlarına münasibət bildirib.

Onun sözlərinə görə, prezident Emmanuel Makron ətrafında cərəyan edən proseslər istər ictimaiyyətə açıq şəkildə müzakirə olunan şəxsi ailə münasibətləri, istərsə də onu sərt şəkildə tənqid edən siyasi opponentlərin müəmmalı şəkildə siyasi səhnədən çəkilməsi ölkənin həm daxili sabitliyi, həm də siyasi mədəniyyəti ilə bağlı suallar doğurur:

“Xüsusilə, Makrona qarşı tənqidi mövqedə olan müxalif Respublikaçılar partiyasından Fransa parlamentinin aşağı palatasının deputatı Olivye Marleksin şübhəli şəkildə həyatına son qoyması ilə bağlı yayılan xəbərlər Fransada siyasi sistemin nə dərəcədə şəffaf və demokratik prinsiplərə əsaslandığı mövzusunu yenidən gündəmə gətirib. Qərb siyasi fəlsəfəsinin əsas dayaqlarından biri kimi təqdim olunan fikir plüralizmi və müxalif düşüncəyə hörmət prinsipi bu kimi hallarda ciddi şəkildə sınanır. Şübhəsiz ki, hadisənin hüquqi və tibbi tərəfləri tam araşdırılmalı və bütün faktlar işıqlandırılmalıdır. Bununla belə, faktın özü və onun doğurduğu ictimai rezonans Fransada siyasi proseslərin tam şəffaf olmadığına dair mövcud tənqidlərin müəyyən əsaslara söykəndiyini göstərir”.

A. Hüseynov əmindir ki, Makronun liderlik imici də bu kontekstdə tədqiqata ehtiyac duyur:

“Tarixən Fransa özünəməxsus siyasi simaları ilə fərqlənən və qlobal siyasətdə aktiv mövqe sərgiləyən liderlərlə yadda qalmışdır: Fransua Mitteran, Jak Şirak kimi fiqurlar həm daxili, həm də xarici siyasətdə Fransa suverenliyini və Avropa içində liderliyini qorumağa çalışan siyasi xadimlər idi. Halbuki Makronun hakimiyyət dövründə Fransa qlobal siyasətdə təşəbbüs göstərməkdən çox, Anqlo-Sakson dominantlığını qəbul edən və çox zaman ABŞ və Böyük Britaniyanın siyasi orbitində qərar tutan mövqeyə yuvarlanmışdır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600