Malayziyada və Tailandda genişmiqyaslı daşqın
Malayziyada və Tailandda aramsız musson yağışları nəticəsində yaranan genişmiqyaslı daşqınlara görə on minlərlə insan doğma evlərini tərk etməyə məcbur olub.
Malayziyanın yerli hökumət orqanlarının yaydığı məlumata əsasən, təxliyə olunanların sayı 160 minə çatıb.
Xilasedicilər helikopterlər və katerlərlə insanları xilas etməyə, yolların bağlandığı, elektrik enerjisinin və suyun kəsildiyi rayonlara yardımları çatdırmağa çalışırlar.
Tailandın hakimiyyət orqanları bildirirlər ki, təbii fəlakət 13 nəfərin ölümünə səbəb olub. Səkkiz mindən çox insan isə təxliyə edilib.
(hafta.az)