“O xalq artistləri sonradan mənə möhtac oldular.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev efirdə deyib.
O, efirə çıxa bilmədiyi və yaşadığı ağır günlərdən və ona pislik edən sənətkarlardan danışıb:
“Onlarla dostluq edirdim. Vaxt var idi, onlara yalvarırdım ki, məni bir dəfə efirə çıxarın. Çıxarmırdılar, məni yola verirdilər. Ad çəkmirəm, ayıbdır, sağ qalanları da var, dünyasını dəyişənlər də. Mənə çox pisliklər olub. Anam ağır xəstə yatağında idi, mənə dedi, səni efirdə görsəm, dərdim olmaz. Onun ən böyük arzusu idi məni efirdə görsün. O vaxt bir Az.TV var idi, gəldim ora. Baxdılar, səsimi dinlədilər, dedilər, get hazırlaş, sonra baxarıq. Yəni yola verdilər. Gəldim, anam soruşdu, nə oldu, efirə çıxaracaqlar səni? Yalandan dedim, ana, baxdılar, 20 günə çıxacağam. Ağır xəstəliyə tutulan anamın da 3-4 günlük ömrü qalmışdı. Heç efirə çıxdığım günü görmədi. O xalq artistləri sonradan mənə möhtac oldular”.
Nehru
www.yenicag.az