Manafın sözləri HİDDƏT DOĞURDU: “Xalq artistləri tanıyıram ki...”

media-hightechnic-468x90

 

Müğənni Manaf Ağayevin Tolikin verilişində söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

Yeniсag.az xəbər verir ki, Manaf Ağayev verilişdə bütün sənətkarların toyxanadan çıxdığını bildirib:

“Mən sənətə gələn gündən demişəm, toyxana üçün yaranmışam. 42 ildir sənətdəyəm, toyxanalar görmüşəm. Amma xalq artistləri tanıyıram ki, toyxanaya girəndə heç nə edə bilmirlər. Xan, Cabbar, Seyid Şuşinski, Dədə Süleyman, Arif Babayev – bütün sənətkarlar hamısı toyxanadan çıxıb, əsl oxuyan onlardır. Toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz. Bunu vaxtilə sənətkarlar deyib. İndiki toyları demirəm e, əvvəlki toyları. Tezdən saat 9-da toyxanaya girib gecə saat 1-də çıxırdın”.

Onun bu fikirləri sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Əksər izləyicilər toyun məktəb olmadığını bildirib.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600