“Mançester Yunayted”in sabiq futbolçusu aliment ödəmədiyi üçün həbs oluna bilər

media-hightechnic-468x90

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Anderson aliment ödəmədiyi üçün 30 gün həbs cəzası ala bilər.

media-banner_tkm

Yenicag.az “The Daily Star” nəşrinə istinadən xəbər verir ki, qərar Braziliyanın Porto Aleqri Mülki Məhkəməsi tərəfindən qəbul edilib.

Keçmiş yarımmüdafiəçinin borcunun 188 min dollara çatdığı bildirilir.

Qeyd edək ki, Anderson “Mançester Yunaytedin heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqası və Klublararası Dünya Kubokunun qalibi olub. O həmçinin Portuqaliyanın “Porto”, İtaliyanın “Fiorentina”, Braziliyanın “Qremio”, “İnternasional”, “Koritiba” və Türkiyənin “Adana Dəmirspor” klublarında çıxış edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05