Mançininin “Qalatasaray”dan ayrılma səbəbi

media-hightechnic-468x90

mancin_liİtaliyalı Roberto Mançini “Qalatasaray”dan getməsinin səbəbini açıqlayıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İtaliya mətbuatına açıqlamasında Mançini bunları deyib:
“Klubumla müqaviləmi qarşılıqlı razılaşaraq ləğv etmə qərarı aldıq. Bir məşqçi olaraq klubumun ehtiyaclarını anlayıram. “Qalatasaray”ın baş məşqçisi olmağı qəbul edəndə hədəflər daha fərqli idi. Hər nə qədər bir mövsümə yaxın qısa bir zaman olsa da, 8 ayda vəzifəmi ehtirasla yerinə yetirməyə çalışaraq çempionluq mübarizəsinin içində oldum. Çempionatı ikinci sırada bitirib Çempionlar Liqasına şansı əldə etdik, Türkiyə Kubokunu aldıq. İstanbuldan kədərlə ayrılıram. Klub rəhbərliyinə, möcüzəli tərəfdarımıza və bu müddət içərisində mənimlə çalışan hər kəsə ən səmimi şəkildə əlvida deyirəm”.

Qeyd edək ki, Mançinin ayrılmasından sonra komandaya gətiriləcək baş məşqçilər arasında 3 nəfərin adı çəkilir. Bunlardan biri hazırda Donetskin “Şaxtyor” klubunun baş məşqçisi olan rumıniyalı Mirça Luçeksudur. Türkiyə mətbuatındakı məlumatlara görə, iki ay bundan əvvəl “Qalatasaray” rəhbərliyi ilə görüşən Luçesku Mançini ilə dost olduğunu, bu səbəbdən yalnız onun klubdan gedəcəyi təqdirdə təklifi qəbul edəcəyini bildirib. Digər namizəd kimi vaxtilə “Qalatasaray”ı çalışdıran belçikalı Erik Geretsdir. Üçüncü şəxs isə bir müddət əvvəl “Xəzər Lənkəran” klubundan ayrılan türkiyəli mütəxəssis Mustafa Dənizlidir. Lakin Dənizli yerli mediaya “Qalatasaray”a baş məşqçi olması ilə bağlı indiyədək ona heç bir rəsmi təklif gəlmədiyini bildirib


 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600