Maralın işini aparan müstəntiq töhmət aldı
Müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
İfaçı sosial şəbəkə vasitəsilə bu məsələnin planlaşdırılmış oyun olduğunu və işi aparan müstəntiqin artıq töhmət aldığını qeyd edib:
“Son günlərdə sosial şəbəkələrdə haqqımda gəzən şayiələrə, söz-söhbətlərə münasibət bildirirəm. Esmiranı bir il əvvəl bir dəfə gözəllik salonunda görmüşəm və onu üz-qaş alan kimi tanıyıram. Esmiranın tanımadığım rəfiqəsini tanımadığım Ədalət adında bir dostuna düzəltməsindən xəbərim yoxdur. Mən buna görə dindirilmişəm, məsələdən xəbərsiz olmadığımı da ifadəmdə bildirmişəm.
Müstəntiq Esmiradan soruşanda ki, “niyə belə ifadə verib?”. Esmira bildirdi ki, “Ədalət belə deməsini istəyib”. Bu məqamda müstəntiq ona mənim arxama gedərək nəsə işarə etdi. Sonra Esmira sözünü dəyişərək müstəntiq Azadın onun qapı qonşusu olduğunu dedi. Mən əvvəldən bilirdim ki, bu iş quramadır. Bu işlə əlaqədar müstəntiq Azada töhmət verilib. Müstəntiq isə informasiya agentliyinə zəng edərək qeyri-obyektiv xəbər verərək heyf çıxmaq istəyib.
***
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət işi müstəntiq Azad Əliyevdən alınıb. Hazırda işi digər müstəntiq Elməddin Paşayev aparır.
Qeyd edək ki, M.Tahiqızı Esmira adlı xanımın ifadəsi əsasında dindirilib.
Xatırladaq ki, müğənni Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunur(qafqazinfo).