!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mariupola nəzarət müharibənin taleyini də müəyyənləşdirəcək" - ŞƏRH

!Reklam – Yazi

“Bu gün Rusiya ordusunun Donetsk vilayətindəki Krmatorsk dəmiryol vağzalını raket atəşinə tutması da bu aqressivliyin nəticəsidir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişi və rəsmi Kremlin düşdüyü vəziyyəti şərh edən Beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı bildirib ki, müharibənin gedişində Rusiyanın aqressiyası daha da artacaq:

“Ukrayna ordusu Qərbin dəstəyilə və hərbçilərinin qəhrəmanlıqları ilə Rusiyanın işğalçılıq siyasətinin qarşısını almaqdadır. Rus ordusu artıq biabır, rüsvay olub. Dünən Dmitri Peskov da təsdiqlədi ki, itkilər var və bu bir tragediyadır.

Ancaq buna baxmayaraq, Kremlin mesajları müharibənin uzanacağı yönündədir. Döyüşlərin daha da şiddətlənəcəyini, Rusiyanın daha da aqressivləşəcəyini deyə bilərik.

Bu gün Rusiya ordusunun Donetsk vilayətindəki Kramatorsk dəmiryol vağzalını raket atəşinə tutması da bu aqressivliyin nəticəsidir.

Hazırda ən kilid nöqtə Mariupoldur. Mariupola nəzarət müharibənin taleyini də müəyyənləşdirəcək. Ukrayna ordusunda müşahidə olunan ruh yüksəkliyi onu deməyə əsas verir ki, onlar ciddi irəliləyiş əldə edə biləcəklər. Bu fonda anlaşmanın əldə olunacağını söyləmək çətindir. Rusiyanın Buçada törətdikləri, üstəgəl, bu gün vağzala atılan raket tərəflərin razılığa gəlməsi qarşısında ciddi əngəldir”.

Aqil Bəkir

COP29

www.yenicag.az

939
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv