Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Mariya Şarapovada dopinq aşkarlandı

Reklam: High Technic

maria-sharapova-640Rusiyalı tennisçi Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat aşkar edilib.

Bu barədə tennisçi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, o bu barədə rəsmi məktub alıb.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, – deyə o əlavə edib.

Meldoniy aparatı 2016-cı il yanvarın 1-dən qadağa edilib.

Qeyd edək ki, Böyük Dəbilqənin ikiqat qalibi, ABŞ açıq çempionatının indiki qalibidir. 2006-cı ilin sonunda dünyanın ən yüksək gəlirli qadın atleti idi. BMT-nin xoşməramlı səfiridir.

Şarapova Uimbldon turnirin ilk rus finalçısıdır və həmin turnirin dünyanın uçüncü ən gənc qadın çempionudur.(Azvision)

www.yenicag.az

392