Mariya Stadnik karyerasını başa vurdu

media-hightechnic-468x90

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, titullu idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib.

“Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm”.

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600