“Marketinq Mədəniyyətinin Təşviqi” layihə başlayır
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Marketinq Mədəniyyətinin Təşviqi” layihəsinə start verilir.
Layihənin məqsədi gənclər arasında marketinq savadlılığının artırılması, mədəniyyətin müxtəlif sahələrində müasir tanıtım və kommunikasiya strategiyalarının aşılanması, eləcə də iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə rəhbəri Zakir Quliyev layihənin açılış mərasimində çıxış edərək qeyd edib ki, bu təşəbbüs yerli mədəniyyətin daha effektiv təqdimatı və kreativ sahələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
🔹 Layihə çərçivəsində aşağıdakı mövzularda təlimlər keçiriləcəkdir:
• Təhsildə Rəqəmsal Marketinq – Tamella Mübarizli
• Günümüzdə Rəqəmsal Marketinqin Rolu və İşləmə Prinsipləri – Urfan Ərəbli
• Azərbaycan Biznes Mədəniyyəti – Fəridə Abbasova
• Sahibkarlığın Əsasları və Uğurlu Biznesin Sirləri – Şəfa Paşayeva
• Mətbuat və İctimaiyyətlə Əlaqələrin Marketinqdə Rolu – Fatimə Quliyeva
• Marketinq Planının Hazırlanması və Təqdimatı – Fəxri Məhəmmədzadə
📌 Təlimlər interaktiv və praktiki xarakter daşıyacaq, iştirakçılar qrup işlərinə cəlb olunacaq və layihə sonunda öz marketinq planlarını təqdim edəcəklər.
🎯 Layihə gənclərə real bilik və təcrübə qazanmaq, şəbəkələşmək və öz ideyalarını inkişaf etdirmək üçün əvəzolunmaz imkan yaradacaq.