"Marketlər polietilen torbaları istədiyi qiymətə sata bilər" - Ekspert

media-hightechnic-468x90

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 15-dən etibarən marketlərdə plastik torbaların pulsuz verilməsi dayandırılıb. Bu qərar ətraf mühitin qorunması məqsədilə qəbul edilib.
Qərara əsasən, bütün marketlərdə plastik torbalar ölçüsündən asılı olaraq 3, 5 qəpiyə satılır.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, həmin paketlərin 20 kiloqramı 50 manata alınır. 1 kiloqrama isə təxminən 250 paket daxildir. Bu hesabla 1 ədəd plastik paketin maya dəyərinin 1 qəpik olduğunu görürük.
Daxil olduğumuz “Araz”, “Bravo”, “Bolmart” marketlər şəbəkəsində də qiymətlərin qərarda qeyd edilən kimi olduğunu müşahidə etdik.
Bəs, bu qiymətlər normaldırmı? Marketlər paketlərin satışından qazanc əldə edirmi?

media-banner_tuq

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.
O, bildirib ki, marketlər polietilen torbaları istədikəri qiymətə sata bilər:
“Torbalar adi məhsuldur. Marketlər onları istədikləri qiymətə sata bilərlər. Burada heç bir qiymət artırma mexanizmi yoxdur.  Marketlər həmin torbalardan doğru-dürüst vergi ödəməlidirlər. Hansısa inzibati qayda ilə tənzimləmə də doğru deyil. Sadəcə, bu sahədə tələb artarsa, fərqli istehsal sahələri yaranarsa, polietilen torba istehsal edən şirkətlər arasında rəqabət güclənərsə, o zaman marketlərdə də bazar qiymətlərinə uyğun tənzimlənmə görə bilərik“.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05