Marketlərdə yanıldıcı QİYMƏTLƏR: "Endirimlərlə bağlı xüsusi qanunvericilik tələbi yoxdur"
“Məhsulun qiymətinin iki cür göstərilməsi pozuntu sayılmır”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, mağazalarda məhsulların üzərində həm əvvəlki, həm də indiki qiymətin eyni göstərilməsi bəzən alıcılar arasında çaşqınlıq yaratsa da, mövcud qanunvericilik bunu pozuntu hesab etmir:
“Prinsip ondan ibarətdir ki, alıcı məhsulun üzərində gördüyü son, aktual qiymətlə kassaya yaxınlaşdıqda həmin məbləğlə məhsulu ala bilməlidir. Endirimlərlə bağlı xüsusi bir qanunvericilik tələbi yoxdur. Mağaza istənilən vaxt əvvəlki və yeni qiyməti yanaşı göstərərək endirim tətbiq olunduğunu deyə bilər. Bu halda alıcı mağazanın endirimin hansı tarixə, hansı bazar qiymətinə və ya hansı müddətə əsaslandığını bilmək məcburiyyətində deyil”.
Ekspert bildirib ki, bu cür qiymət göstərilməsi aldatma hesab olunmur:
“Mağaza deyə bilər ki, əvvəlki qiymət bu idi, indi isə bu qədərdir. Əsas məsələ odur ki, malın üzərində hansı qiymət yazılıbsa, alıcı kassada da həmin qiymətlə ödəyə bilsin. Altında əvvəlki qiymətin eyni yazılması aldatma kimi qiymətləndirilmir”.
Samir Məcid












