Marketlərin yeni FIRILDAĞI: Müştəriyə qaytarılmalı olan ƏDV niyə VERİLMİR? – FOTO

media-hightechnic-468x90

Son günlər sosial şəbəkələrdə marketlərin ƏDV yayınmasına dair narazılıqlar artmaqdadır. İddialara görə, bəzi marketlər çeklərdə məhsulun adını göstərmir, yalnız ümumi məbləği qeyd etməklə kifayətlənirlər. Bu halda isə vətəndaşlar ƏDV geri qaytarılması hüququndan məhrum olurlar.

Bu praktikanın həm vergidən yayınma, həm də istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirildiyi iddia edilir.

Yenicag.az olaraq sosial şəbəkələrdə yayılan iddialarla bağlı kiçik araşdırma apardıq və mütəxəssislə mövzu barəsində rəy öyrəndik.

Bizimlə söhbətində iqtisadçı Xalid Kərimli bildirib ki, mağazalar ƏDV çeki verirsə, bu, onun ƏDV ödəyicisi  olduğunu göstərir.

media-xalid

 

Onun sözlərinə görə, standartlara uyğun nəzarət-kassa aparatından ƏDV çeki verilirsə, artıq onun vergidən yayınma ehtimalı olmur.

“Ola bilər ki, bəzi mağazalar smart kassalar yerləşdirməyiblər və ya istifadəyə verməyiblər. Hansı ki, Dövlət Vergi Xidməti belə qanun pozuntsunun aradan qaldırılması üçün uzun müddətdir tələb edir. Belə olan halda, müştəri ƏDV-sini geri ala bilmir”.

“Eyni zamanda bir sıra məhsullar var ki, ƏDV predmeti daşımır. Bəzi mağazalar isə ƏDV yerinə sadələşmiş vergi ödəyicisidir. Bir sözlə, əgər standartlara uyğun qəbz verilirsə, lakin məhsulların adı olmadığına görə əvəzləşdirmə imkanı yoxdursa, bu, mağazanın qanun pozuntusudur. Düzdür, onlar bununla vergidən yayınmırlar, ancaq burada vətəndaşın hüququ pozulur”, – deyə o, fikirlərini tamamlayıb.

Yenicag.az

media-533776963_613925818219540_4868732999832393816_n

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa