Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlandı

media-hightechnic-468x90

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Həsənli kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Abıyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən hazır bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600