Masallıda 12 milyon kilovatsaatlıq elektrik enerjisi istehlak edilib

media-hightechnic-468x90

azerenerji (1)“Masallı” Elektrik Şəbəkəsində (EŞ) cari ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib.

“Azərenerji”dən  verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.

Cari ilin avqust ayında müəssisə ərazisində12 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 8,8 milyon kilovatsaata yaxın olub. Ödənidə mütləq artım isə 23 faizə yaxındır.

Cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 89,1 milyon kilovatsaata yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 65,8 milyon kilovatsaatdan artıq olub. (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600