Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu

media-hightechnic-468x90

Masallıda narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

Yenicag.az DİN-ə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb.

O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalar aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600