Masallıda evdən oğurluq edən şəxslər tutulub

media-hightechnic-468x90

972db67ef0f18ced85887c668b47a85dMasallı polisi oğurluq faktında şübhəli bilinən iki nəfər rayon sakinini saxlayıb. Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilovun  verdiyi məlumata görə, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Yasər oğlu Boyliyev həmkəndlisi, 20 yaşlı İlqar Məmmədyar oğlu Nəsirovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə gecə saatlarında dayısı arvadı, Masallının Çayqıraq kənd sakini, 48 yaşlı Gülayə Soltan qızı Həsənovanın evinə daxil olaraq sandığın içərisindən 6000 ABŞ dollarını oğurlayıblar.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin digər oğurluq faktlarında iştirakının olub-olmadıqları araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600