MASİAD sədri: “Bu yolun əhəmiyyəti iqtisadi cəhətdən çox yüksəkdir” – VİDEO

media-hightechnic-468x90

“Bakının nə qədər gözəl olduğunu ətrafımızla bölüşüb onların da Azərbaycana gəlməsi üçün maraq yaradacağıq”.

Bunu Yenicag.az-a videomüsahibəsində MASİAD (Manavgat Sanayici ve İş İnsanları Derneği) İdarə Heyətinin sədri Ahmet Emre Cengiz deyib.

O, Bakıya səfəri ilə bağlı təəssüratlarını səsləndirib.

A. E. Cengiz İdarə Heyəti ilə səfəri dəqiqləşdirərkən 100/99 hə cavabı ilə Bakının istənildiyini diqqətə çatdırıb:

“Buranın insanlarının səmimi olduğunu, əsasən, Türkiyəyə gələnlərdən öyrənərdik. İndi isə biz özümüz gedib bunları danışacağıq. Bakının nə qədər gözəl olduğunu ətrafımızla bölüşüb onların da Azərbaycana gəlməsi üçün maraq yaradacağıq”.

İdarə Heyətinin sədri Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə birgə Qars-İğdır-Aralıq-Dilucu dəmiryolu xəttinin iqtisadi önəmindən də danışıb.

O, bildirib ki, pandemiya dönəmindən sonra dünyada tədarük krizisi var.

“Bu krizisin əsas təməl səbəbi Çin və dünya kommunikasiya bağlantıları ilə əlaqəlidir. Bu yolun əhəmiyyəti iqtisadi cəhətdən çox yüksəkdir. Doğrudur, hava yolu ilə sərnişin və yük daşımaları mövcuddur, lakin dəmiryolu xəttinin olması bir ölkənin nə qədər güclü olduğunu göstərir”, – deyə o, bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa