Reklam: High Technic
hightechnic

Maşın piyadanı vuraraq öldürdü

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 13-də saat 15 radələrində Neftçala şəhəri ərazisində Yeniqışlaq kənd sakini Röyal Məcidov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən E. Əhmədov orada ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

www.yenicag.az

915