Maşınını vuran şəxsi qətlə yetirdi - Azərbaycanda dəhşət

media-hightechnic-468x90

Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (Report)

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600