"Mavigözlü oğru" rusiyalı müğənninin klipində - Foto

media-hightechnic-468x90

“Dünyanın ən yaraşıqlı məhkum”u, mavigözlü Ceremi Miks rusiyalı aparıcı, müğənni Olqa Buzovanın klipində rol alıb.

Yenicag.az xəbər verir ki, Britaniya KİV-ləri onların eşq yaşadıqlarını yazıblar. Lakin Miksin sevənləri yayılan xəbərlərin yalan olduğunu və onun sevgilisinin “Topshop” imperiyasının varisi, milyonçu Xloye Qrin olduğunu bildiriblər.

Qeyd edək ki, Miks, ABŞ polisi tərəfindən yayılan şəkillərdən sonra məşhurlaşıb. Belə ki, xarici görünüşü ilə bir çox model agentliklərinin diqqətini çəkən Miks fəaliyyətini model kimi davam etdirməyə başlayıb. Qeyd edək ki, o, oğurluq hadisələrinə görə həbs olunmuşdu.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa