!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mayk Taysondan Türkiyə millisinə dəstək

!Reklam – Yazi

Amerikalı tanınmış veteran boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə hədiyyə göndərib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa çempionatında Avstriya ilə keçiriləcək matçda “ay-ulduzlular”a azarkeşlik edəcəyini bildirən 59 yaşlı idmançı üzərində Türkiyə bayrağı olan imzalı boks əlcəklərini komandaya hədiyyə edib.

Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır xüsusi hədiyyəyə görə veteran boksçuya təşəkkür ediblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində baş tutacaq Avstriya-Türkiyə oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv