ABŞ-da “Maykl” tropik qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Yenciag.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində Floridada 23, Virciniyada 6, Şimali Karolinada 3, Corciyada 1 nəfər həyatını itirib. 520 min nəfər elektrik enerjisiz qalır.
“Maykl” qasırğası Florida ştatının Meksiko-Biç şəhərinin şimal-qərbinə ötən həftə çatıb. Küləyin sürəti saatda 250 kilometrə qədər çatıb. Daha sonra qasırğa fırtınaya qədər zəifləyib.
Təbii hadisə 300 milyard dollara yaxın zərər vurub.
Qeyd edək ki, “Maykl” 1992-ci ildən sonra ölkədə qeydə alınan ən güclü qasırğadır.
www.yenicag.az