MDB İcraiyyə Komitəsinin xətti ilə tədbirlər keçiriləcək

media-hightechnic-468x90

загруженное (8)Sentyabrın üçüncü ongünlüyündə Birlik ölkələrində bir sıra tədbirlər keçiriləcək.

MDB İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 20-27-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında MDB-nin üzvü olan dövlətlərin məktəb mədəniyyət-idman festivalı keçiriləcək. İdmanın beş növü – mini-futbol, çimərlik voleybolu, basketbol, stolüstü tennis və şahmat üzrə festival Xəzər dənizinin sahilində təşkil ediləcək.

Sentyabrın 22-dən 24-dək Daşkənddə rabitə sahəsində regional birliyin İnformasiyalaşdırma Komissiyasının və rabitə sahəsində regional birliyin İnformasiya kommunikasiyaları Komissiyasının birgə iclası keçiriləcək.

Tədbir “İnfoCom 2014. İnformasiya-kommunikasiya texnologiyaları həftəsi” (23-27 sentyabr) çərçivəsində təşkil ediləcək.

Sentyabrın 25-dən 26-dək Düşənbədə Birlik üzvü olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçiriləcək.

Sentyabrın 26-da Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində “Gömrük İttifaqında, MDB-də və qlobal dünyada brendlərin qorunması” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Sentyabrın 26-da Moskvada Birliyin İqtisadi Şurasının iclası olacaq.

Sentyabrın 30-dan oktyabrın 3-dək Minskdə MDB-nin üzvü olan dövlətlərin müəllimlərinin və təhsil işçilərinin III Qurultayı keçiriləcək.

Sentyabrın 30-da təşkilatın Minskdəki qərargahında bu qurumun üzvü olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclası olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600