Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın

Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib:

“Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi sədrinin tapşırığı əsasında əməkdaşlarımız dərhal həmin əraziyə gedib, mövcud vəziyyətlə yerində tanış olublar.

Operativ tədbirlər nəticəsində M.Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək”.

Loading...

www.yenicag.az

1118
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100