Media Reyestrində olmayan çap mediasının nəşri qadağan olunur

media-hightechnic-468x90

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600