!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Media seçki fəallığına təsir göstərən ciddi faktordur” - MSK üzvü

!Reklam – Yazi

“Sosioloji sorğuların nəticəsinə əsasən lider olan namizədin mediada yayımlanan xəbərə görə liderliyi əldən verməsi praktikası var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK), Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkil etdiyi bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədəki çıxışı zamanı MSK üsvü Fuad Cavadov deyib.

Onun sözlərinə görə, seçki prosesinin gedişində medianın fəaliyyəti seçicilərin seçiminə təsir edən amillərdəndir:

“Medianın həyatımızdakı rolunu hiss etməmək mümkün deyil. Bütün məlumatları sosial şəbəkə və mediadan almağa çalışırıq. Medianın seçkilərdə rolu spesifik xarakter daşıyır. Tarixə baxsaq, keçmişdə ABŞ-da hər ştatda seçkilər müxtəlif tarixlərdə keçirilirdi. Ancaq teleqrafın yaranması seçkilərin eyni gündə keçirilməsinə kömək oldu.

Seçki prosesinin gedişində medianın fəaliyyəti seçicilərin seçiminə təsir edən amillərdəndir. Sosioloji sorğuların nəticəsinə əsasən lider olan namizədin mediada yayımlanan xəbərə görə liderliyi əldən verməsi praktikası var. Bir sözlə, medianın hər sahədə rolu böyükdür. Media seçki prosesində təşviqat və birbaşa fəaliyyət formasında iştirak edir. O cümlədən, media seçki fəallığına təsir göstərən ciddi faktordur.

Nəsimi 

COP29

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv