Mediamız necə beynəlxalq inam QAZANDI? – Şuşa Forumundan sonra yeni MƏRHƏLƏ

media-hightechnic-468x90

“Bu gün mətbuatımız nəinki daxili auditoriyamızda, həm də beynəlxalq auditoriyalarda da ölkəmiz haqqında düzgün rəyin formalaşmasına töhfə verir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-azerbadamov1

O, dünya gündəminə səs salan III Şuşa Qlobal Media Forumu və onun əhəmiyyəti, həmçinin buradan səsləndirilən mesajları qiymətləndirib.

Deputat bildirib ki, forumda mediamızın hazırkı vəziyyəti və gözləntilərimiz haqqında səsləndirilən fikirlər mətbuatımızın fəaliyyətinə verilən dəyərin tədbir iştirakçılarının diqqətinə çatdırılması ilə yanaşı milli mətbuatımızın qarşısında yeni vəzifələr müəyyənləşdirir:

“III Şuşa Qlobal Media Forumunda Azərbaycan mətbuatının fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev dedi: “Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”. Ölkə başçımızın da qeyd etdiyi kimi mediamız uzun, şərəfli bir yol keçərək peşəkarlaşmışdır”.

Onun sözlərinə görə, forumda mediamızın hazırkı vəziyyəti və gözləntilərimiz haqqında səsləndirilən fikirlər mətbuatımızın fəaliyyətinə verilən dəyərin tədbir iştirakçılarının diqqətinə çatdırılması ilə yanaşı milli mətbuatımızın qarşısında yeni vəzifələr müəyyənləşdirir:

“Bu gün mətbuatımız nəinki, daxili auditoriyamızda, həm də beynəlxalq auditoriyalarda ölkəmiz haqqında düzgün rəyin formalaşmasına töhfə veririr. Azərbaycan mətbuatı xaricdə oxunulur və informasiya müharibəsində mübarizcəsinə çalışır. Həm də xarici mətbuat orqanları regionumuz haqqında xəbərlərin verilməsində Azərbaycan mediasını istinad kimi göstərir. Bu da mediamızın beynəlxalq arenada qazandığı inamın göstəricisidir”.

A. Badamova görə, mediamız ölkəmizə qarşı yönəlmiş qərəzli xəbərlərə, iftira kampaniyalara cavab verir və əsl həqiqətlərin dünya ictimaiyyəti tərəfindən bilinməsi üçün fəal çalışır:

“Mediamızın əhatə dairəsi genişləndikcə, dünya ictimaiyyəti ölkəmiz haqqında daha yaxşı məlumatlanır. Təbii ki, bu işdə jurnalistlərin böyük əməyi xüsusilə vurğulanmalıdır”.

Millət vəkili həmçinin Milli Mətbuatımızın 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600