Medianews.az saytının 13 yaşı tamam olur

media-hightechnic-468x90

Bu gün Medianews.az saytı 13 yaşını tamamlayır.

23 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan bu xəbər portalı, uzun illər ərzində doğru və dəqiq informasiya təqdim etməyi, həmçinin haqqı tapdalanan vətəndaşların, dövlətçiliyin və onun haqlı mövqeyinin yanında olmağı əsas prinsiplərindən biri kimi qəbul edib.

13 illik fəaliyyət dövründə Medianews.azölkədaxili və beynəlxalq hadisələri izləyicilərinə vaxtında və obyektiv şəkildə çatdırmaqla seçilib. 2022-ci ildə öz yubileyində tam yeni dizayn və funksionallıqla yenilənən sayt, istifadəçi təcrübəsini daha da zənginləşdirdi və müasir texnologiyalarla ayaqlaşan bir platforma olaraq oxucularının rəğbətini qazanıb. 2025-ci ildə isə sayt yenidən təkmilləşdirilərək daha sürətli və interaktiv xüsusiyyətlərlə oxucuların xidmətinə təqdim edilib. Bu yenilənmə ilə Medianews.az həm vizual, həm də funksional baxımdan müasir xəbər platformalarının standartlarına tam uyğunlaşdırılıb.

Medianews.az yalnız xəbərlərlə məhdudlaşmır; saytın redaksiya heyəti daim yeniliklərin axtarışındadır və onları tətbiq edir. Portal həm ölkə daxilində, həm də dünyada baş verən siyasi, sosial, mədəni və idman hadisələrini izləyicilərə çatdırır, həmçinin maraqlı və aktual xəbərləri təqdim edir. Saytda həmçinin, Azərbaycanın haqq mövqeyinin müdafiəsi, şəhidlərimizin və qazilərimizin keçdiyi həyat və döyüş yolu, tanınmış yazarların, ekspertlərin köşə yazıları, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar geniş yer tutur.

Qeyd edək ki, saytın qurucusu və baş redaktoru Ələsgər Süleymanovdur. Medianews.az hazırda Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. 2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvü olan sayt, 2022-ci ildən isə MEDIA Agentliyinin tərəfdaşıdır.

13 il ərzində Medianews.az daim yenilikçi, etibarlı və oxucu mərkəzli platforma olaraq inkişaf edib və bu gün də jurnalistikanın yüksək standartlarına sadiq qalaraq informasiya sahəsində öz lider mövqeyini qoruyur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa