!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhbuslar necə qaçıb? - "Onlar elə-belə adam deyillər"

!Reklam – Yazi

Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan kriminal aləm üzvləri Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Onların daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə edərək, pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxartmaqla qaçıblar.

Pressdey.az saytının əməkdaşı Elman Malıyev Yenicag.az-a açıqlamasında bildirdi ki, kriminal aləmin bu iki üzvünün qaçışına şəraiti Penitensiar Xidmətin əməkdaşları yaradıb:

“Kriminal aləmdə məhbusların gətirildiyi xüsusi təyinatlı qatarlara “voronok” qatar adı verilib. Bu mənada Penitensiar Xidmət əməkdaşlarının səhlənkar hərəkəti olmadığı halda həmin vaqondan qaçmaq qeyri-mümkündür. Şərait yaradılıb ki, bu iki nəfər də qaçıb. Kriminal aləmin özünün isə bu qaçışda əli ola bilməz. Çünki onlar həmin şəxslərin hansı qatarda olduğunu bilə bilməzlər. Həmin qatar möhkəm dəmir barmaqlıqlarla əhatələnib. Hətta vaxtilə o qatarla mən də gəlmişəm. Həmin iki məhkum elə-belə adam deyillər. Onlar kimi məhkumlar heç bir vaxt qaça bilməz, qaçmazlar. Çünki bu hal gələcəkdə kriminal aləmin tanınmışları olaraq, onların məhkumluq həyatında ləkədir. Bu hal yalnız şəraitin yaradılması fonunda mümkündür. Ola bilsin ki, həmin qaçış hardasa Penitensiar Xidmətin rəhbərliyinə qarşı yönələrək, onu ləkələmək məqsədilə təşkil olunub. Son zamanlar ölkədə məhkumların sayı xeyli dərəcədə çoxalıb. Bunun özü də içəridə olan nəzarətçilərə əl vermir. Həmin mətbəxin içini bilən adam kimi deyə bilərəm ki, Penitensiar Xidmətdə o qədər oyunlar gedir və elə incəliklər var ki, görünür bu kimi oyunlarla indi də kimisə vurmağa çalışırlar”.

Qeyd edək ki, keçmiş məhbus, Müsavat başqanının müavini Yadigar Sadıqov da sosial şəbəkədə etdiyi paylaşımda kənardan kömək olmadan, dustaq qatarından qaçışın mümkünsüzlüyünü yazıb:

“2 nəfər dustaq qatarından qaçıb. 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm dustaq qatarı ilə… Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib, səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxtadan deyil”.

Dustaqların qaçışı ilə bağlı səslənən fikirlərə münasibət öyrənmək üçün Pentensiar Xidmətin sözçüsü Mehman Sadıxovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Elçin

COP29

www.yenicag.az

4792
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv