Mehdiyevizmin qolları haralara uzanır? - Zaur Bayramlı ABŞ-dən yazır

media-hightechnic-468x90

Tək Ramiz Mehdiyevin zərərsizləşdirilməsi ilə məsələnin kökündən həll olunmadığını hər halda bu prosesi başlatmağa qərar verən siyasi iradə, dövlət ağlı məndən daha yaxşı bilir.

Mən sadə bir vətəndaş olaraq vicdani rahatlıq baxımından xatırlatmaq görəvimi yerinə yetirmək istədim:

Ramiz Mehdiyev hətta fiziki olaraq məhv edilsə belə, 200 illik “Mehdiyevizm” var gücü ilə iş başında olacaq – necə ki, Fətullah Gülən ölsə belə, FETÖ Türkiyədə “devletin kılcal (kapilyar) damarlarına çökmüş” vəziyyətdə iş başındadır.

Şərti olaraq Mehdiyevizm adlandırdığımız antimilli, antidövlət cərəyanının

  • Bürokratiyadakı;
  • Ordudakı;
  • Hüquq-mühafizə orqanlarındakı;
  • Məhkəmə-hüquq sistemindəki;
  • Təhsildəki;
  • Mədəniyyət və İncəsənət sahəsindəki;
  • Mediadakı;
  • QHT sektorundakı və bütövlükdə Vətəndaş Cəmiyyətindəki;
  • Siyasətdəki (bura həm iqtidar partiyası olan YAP, həm özlərini iqtidaryönümlü olaraq göstərməyə çalışan bəzi partiyalar və bəzi müxalif partiyalar aiddir);
  • Sosial mediadakı;.
  • Diaspordakı

və digər sahələrdəki qolları zərərsizləşdirilməli, kökündən qazılaraq atılmalıdır.

Düzdür, bu çox çətin və ağrılı proses olacaq, amma ümid edir və inanıram ki, yuxarıda da qeyd etdiyim kimi, bu prosesin başlanmasına qərar verən siyasi iradə və dövlət ağlı bu işin sonuna qədər gedərək öhdəsindən gələcəkdir.

Yoxsa qazandığımız tarixi qələbənin önəmi və gətirmiş olduğu mənəvi-siyasi divdentlər əbədiyaşar olmayacaq!

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa