Tənzilə Rüstəmxanlı: "Azərbaycan Naxçıvanı Orta Dəhlizin ayrılmaz parçasına çevirir"

media-hightechnic-468x90

Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar regionda sabitlik və əməkdaşlıq perspektivlərini gücləndirən mühüm addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışı zamanı bəhs edib.

Dövlət başçısı qeyd edib ki, Vaşinqton danışıqları nəticəsində formalaşan razılaşmalar sülh gündəliyinin irəli aparılmasına və regionda davamlı sabitliyin təmin olunmasına real zəmin yaradıb. Prezident İlham Əliyev, həmçinin Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu layihə nəinki Azərbaycan və Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi və kommunikasiya imkanları açacaq, region ölkələrinin qarşılıqlı etimadının möhkəmlənməsinə töhfə verəcək.

Bu hadisə, həm siyasi, həm də iqtisadi aspektdən, regionun gələcək inkişafına yönəlmiş praqmatik yanaşmanın nümunəsi kimi qiymətləndirilir. Azərbaycan tərəfi sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirərək, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin möhkəmləndirilməsinə çağırış edir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bu barədə Crossmedia.az-a danışıb: “2025-ci ilin 8 avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə regionun geoiqtisadi mənzərəsini dəyişə biləcək strateji yeniliyi gündəmə gətirdi. TRIPP-in ortaya çıxması məhz bu məntiqlə Orta Dəhlizin funksional dəyərini yüksəldən mühüm mərhələ kimi qəbul olunmalıdır.

Əgər indiyədək dəhliz əsasən Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa marşrutu çərçivəsində nəzərdə tutulurdusa, Naxçıvan xəttinin əlavə edilməsi həm simvolik, həm də praktiki baxımdan tamamilə yeni geosiyasi məna kəsb edir. Simvolik məna ondan ibarətdir ki, Azərbaycan uzun illər blokadada qalmış Naxçıvanı Orta Dəhlizin ayrılmaz parçasına çevirir. Bu addım yalnız milli təhlükəsizlik baxımından vacib deyil, həm də siyasi mesaj xarakteri daşıyır.  Azərbaycan faktiki olaraq göstərir ki, regiondakı yeni nəqliyyat reallığı onun təşəbbüsləri əsasında formalaşır və bu prosesdə siyasi diqtə yox, qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlıq üstün tutulur. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşrutun effektivliyində isə bir sıra amillər çıxış edir”.

Deputat, həmçinin Azərbaycanın Mərkəzi Asiya – Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynadığını bildirib: “Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarından biridir”.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa