Trampın milli təhlükəsizlik üzrə sabiq müşavirinə ittiham irəli sürüləcək
Ədliyyə Nazirliyinin cümə axşamı Merilend ştatında federal böyük münsiflər heyətindən Prezident Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltona qarşı ittiham irəli sürməsini istəməsi gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə CNN bir neçə mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Bolton məxfi məlumatlarla qanunsuz davranmaqda ittiham edilirəm istintaqa cəlb olunub.
CNN-ə daha əvvəl verilən məlumata görə, Ədliyyə Nazirliyinin araşdırmasının bir hissəsi Boltonun Tramp administrasiyasında işlədiyi dövrdə elektron poçt hesabında yazdığı qeydlərlə bağlıdır. Belə ki, o bəzən fəaliyyətlərinin xülasəsini gündəlik kimi yazırmış.
Bu yay FTB agentləri Boltonun Merilenddəki evində və Vaşinqtondakı ofisində axtarış aparıblar. Məhkəmə sənədlərinə əsasən, agentlər “gizli”, “məxfi” və “təsnif olunmuş” kimi işarələnmiş bir neçə sənəd, o cümlədən kütləvi qırğın silahları ilə bağlı materiallar müsadirə ediblər.