Tramp yenidən Putinlə görüşəcək

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışığının bəzi təfərrüatları məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Tramp danışıb.

Putinlə söhbəti çox məhsuldar adlandıran Ağ Evin rəhbəri qeyd edib ki, yaxın vaxtlarda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcək:

“Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. İlkin görüşlərə Amerika tərəfdən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Görüşün yeri hələ müəyyənləşməyib. Sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa