Qəzzada sülhməramlılardan gözləntilər: Məqsəd sülhə dəstək deyil - ŞƏRH

media-hightechnic-468x90

“Qəzzada yaradılan çoxmillətli kontingent tam effektiv olmayacaq”.

media-thumb-1

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

O, Qəzzada müharibənin nəticələrini aradan qaldırılması və bir daha alovlanmaması üçün yaradılan çoxmillətli kontingentin bölgədə görəcəyi işin effektindən danışaraq bildirib ki, bu kontingent digər dövlətlərdə olduğu kimi effektiv olmayacaq:

“Düşünürəm ki, çoxmillətli kontingentin Qəzzada yaradılması sülhə tam dəstək vermək məqsədi daşımır, əksinə, müvəqqəti xarakter daşıyır. Hər nə qədər Qəzzada çoxmillətli kontingent yaradılsa da bu təcrübə əvvəllər də olub. İstər Kosovada olsun, digər müxtəlif ölkələrdə olsun, müxtəlif münaqişələri dayandırmaq üçün çoxmillətli kontingentlərdən istifadə ediblər, amma indiyəcən elə də effektiv nəticə əldə olunmayıb. Ona görə də, verilən bu göstəriş sadəcə müəyyən mənada münaqişəni sakitləşdirə bilər, amma tam nəticəni əldə edəcəyini düşünmürəm.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa