Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Məhəmməd Saleh mütləq Özbəkistana qayıtmalıdır” – Sabir Rüstəmxanlı

Reklam: Sinerji Pro

“O, hələ Sovetlər dövründən etibarən, qurultaylarda, açıq toplantılarda öz cəsarətli çıxışları ilə seçilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında nüfuzlu siyasətçi və yazıçı, 25 ildir Türkiyədə yaşayan Məhəmməd Salehin vətənə buraxılması ilə bağlı Özbəkistan ziyalılarının prezident Şövkət Mirziyayevə müraciət etmələrini dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Özbəkistanda müşahidə olunan müsbət dəyişikliklər fonunda Məhəmməd Salehin ölkəyə qayıdışına şərait yaradılmalıdır:

“İslam Kərimovdan sonra Özbəkistanda yeni bir dövr başlayıb və hələ biz arzulayan səviyyədə demokratik olmasa da, nisbətən yumşalma var. Detallara varmaq istəmirəm, ancaq Özbəkistanda istər kadr, istərsə də digər dəyişikliklər vəziyyətə təsir göstərir.

Bu dəyişikliklər fonunda Məhəmməd Saleh kimi nüfuzlu bir şəxs öz Vətəninə qayıtmalıdır. Saleh hələ Sovetlər dövründən etibarən qurultaylarda, açıq toplantılarda öz cəsarətli çıxışları ilə seçilib.

O, Özbəkistanın və bütövlükdə Türk dünyasının gələcəyini fikirləşən şəxsiyyətdir. Bu baxımdan, onun öz Vətəninə qayıda bilməməsi absurddur, günahdır”.

Sabir Rüstəmxanlı qeyd edib ki, özbək ziyalıların Salehlə bağlı müraciətinin Özbəkistan hakimiyyəti ilə razılaşdırıldığı istisna deyil:

“Əlbəttə ki, bu, istisna deyil. Yəqin əvvəl şifahi məsləhətləşmələr olub və daha sonra o müraciət rəsmiləşdirilib”.

Sabir bəy Məhəmməd Salehlə münasibətlərinin kifayət qədər uzun tarixi əhatə etdiyini bildirib:

“Məhəmmədi lap çoxdan, hələ Sovet dövründən – təqribən 80-ci illərdən tanıyıram, Bakıda, Daşkənddə, Moskvada, eləcə də Türkiyədə dəfələrlə görüşmüşük. Deyim ki, Özbək milli hərəkatının iki əsas lideri vardı – onlardan biri Məhəmməd Saleh, digəri isə Əbdürrəhman Poladovdur.

Poladovla hətta Amerikada birgə səfərdə də olmuşuq. O vaxt ədəbi və siyasi proseslər yanaşı getdiyindən, bizim də münasibətlərimiz yaranıb inkişaf etmişdi”.

A. Zeynalov

www.yenicag.az

1234
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM