Reklam

Reklam

Özbəkistan ziyalıları uzun müddətdir, Türkiyədə yaşayan dissident-yazıçı Məhəmməd Salehin ölkəyə buraxılması üçün prezident Şövkət Mirziyayevə müraciət ediblər.

Yenicag.ru-nun məlumatına görə, Mirziyayevə bununla bağlı edilən və 300-dən çox ziyalının imzaladığı müraciəti tanınmış yazıçı Nurullah Raufxan hazırlayıb.

Müraciəti imzalayan ziyalılar prezidentdən artıq 25 ildir ki, Türkiyədə siyasi mühacir həyatı yaşayan yazıçı Məhəmməd Salehin ölkəyə qayıtmasına icazə verməsini xahiş edirlər.

Qeyd edək ki, o, Türkiyədə Özbək Xalq Hərəkatı və “Ərk” Partiyasına rəhbərlik edir. Özbəkistanın sabiq prezidenti İslam Kərimov iqtidarının təzyiqləri üzündən ölkəni tərk etməli olmuşdu.

Ziyalıların müraciətində deyilir:

“Cənab Prezident!
Biz çox istərdik ki, Sizin növbəti qərarınız artıq 25 ildir ki, Vətəndən kənarda yaşayan Məhəmməd Salehin əfv edilməsi olsun. Salehin Vətənə dönüşü ölkənin ən yeni tarixinə yeni çalar qatacaq və dünya birliyinin nəzərində Özbəkistanın müsbət, demokratik imicinə yaxşı təsir göstərəcək, o cümlədən, özbək xalqı tərəfindən yüksək qiymətləndiriləcək”.

Müraciəti imzalayanlar arasında Özbəkistanın xalq şairləri Şükrulla, Camal Kamal, şairə Həlimə Xudayberdıyeva, yazıçı-dramaturq Şərəf Başbakov, ədib İbrahim Hakkal, şairlər Mauəzzəm İbrahim, Gözəl Bəyim, tanınmış jurnalistlər Şərəf Übeydullah, Kərim Bəhriyev və digər nüfuzlu simalar var.

Qeyd edək ki, Məhəmməd Saleh vaxtilə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Azərbaycana sığınaraq, Bakıda müalicə olunub və bir müddət burada yaşayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1303
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."